491 min manat güzəştli kredit verilib - Sahibkarların nəzərinə

Şəki-Zaqatala iqtisadi rayonunda heyvandarlıq, bağçılıq və s. sahələr üzrə 39 investisiya layihəsinin maliyyələşdirilməsinə 491 min manat güzəştli kredit verilib.

Metbuat.az bildirir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, layihələrin reallaşdırılması nəticəsində 50-dək yeni iş yeri açılacaq.

Ümumilikdə, verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,7 mln. manat güzəştli kredit verilib.

Qeyd edək ki, 2019-cu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 134,1 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 4 000-dən çox iş yerinin açılmasına imkan yaradır. Bu dövrdə verilən güzəştli kreditlərin 65%-i ölkə regionlarının, 35%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR