Tanınmış alim, millət vəkilinin oğlu faciəvi şəkildə öldü -

Ankara qalasının divarlarından yıxılaraq qayalıqlara düşən MXP (Milliyətçi Xalq Partiyası) sədr müavini, tanınmış siyasətçi Semih Yalçının oğlu həyatını itirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, gecə saat 2 radələrində qalanın türk bayrağı olan divarlarından 2 nəfərin yıxılması barədə polisə məlumat verilib. Hadisə yerinə gələn polislər 70 metr aşağıdakı qayalıqlarda 2 şəxsin cansız bədənini tapıblar. Onlardan biri - Semih Yalçının oğlu Turan Yalçın yerindəcə keçinib, digər şəxs isə xəstəxanaya çatdırılıb.

Hadisədən xəbər alan Semih Yalçın, MXP nümayəndəsi Murad Çəlikər və partiyanın bəzi millət vəkilləri də hadisə yerinə gediblər.

Qeyd edək ki, Semih Yalçın siyasətçi olmaqla bərabər həm də tanınmış akademikdir. O, 16 kitab, 50 məqalə və sayda köşə yazılarının müəllifidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR