Bakıda arvadını və qayınanasını öldürən şəxsdən YENİ XƏBƏR

Bakıda arvadını və qayınanasını öldürən şəxsdən YENİ XƏBƏR
10:43 17 Oktyabr 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məlumata görə, hadisəni törədib qaçarkən yol qəzasına düşmüş Vaqif Hüseynov xəstəxanada polis nəzarətinə götürülüb.

Xatırladaq ki, hadisə Bakının Binəqədi rayonu, Aşurbəyov küçəsi 22 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılova və qayınanası, 85 yaşlı Luiza İsmayılovanı qətlə yetirib. V.Hüseynov daha sonra hər iki meyitin üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Arvadını və qayınanasını öldürüb, yandırdı, özünü isə... - Bakıda DƏHŞƏTLİ QƏTL (YENİLƏNDİ)

Hadisəni törədən V.Hüseynov ərazidən yayınarkən, “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub.

V.Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/293313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR