Bu ərazilərdə qaz təchizatı dayandırılır

Bu ərazilərdə qaz təchizatı dayandırılır
10:57 17 Oktyabr 2019
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında "Xaldan Əhali" ölçü qovşağından qidalanan, Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bir qrup abonentin qaz təchizatında fasilə yaranıb. Hazırda "Azəriqaz" İB-nin əməkdaşları ərazidə baş verən fəsadın aradan qaldırılması üçün hazırlıq işləri görür. Qaz təchizatının bərpası oktyabrın 17-də gün ərzində mümkün olacaq.

Oktyabrın 17-də "Qaz İxrac" İdarəsinin Qaz Paylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İmişli və Şəmkir rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilələr olacaq.

Saat 09:00-dan 18:00-dək diametri 315 mm olan polietilen orta təzyiqli yeraltı qaz xəttində aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Ağsu rayonunun mərkəzinin bir hissəsi və bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/794926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR