Bakıda yol polisi vuruldu

Bakıda yol polisi vuruldu
11:03 17 Oktyabr 2019
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol polisini minik avtomobilinin vurması ilə bağlı araşdırmalara başlanıb.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

İdarədən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yol polisinin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam etdirilir.

Xatırladaq ki, hadisə oktyabrın 16-da Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Rayon ərazisində xidmət aparan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı Qiyasov Aqşin Yaşar oğlu minik avtomobili ilə vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/293314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR