Gürcüstanın XİN başçısı parlamentdə Keşikçidağla bağlı sualları cavablandıracaq

Gürcüstanın XİN başçısı parlamentdə Keşikçidağla bağlı sualları cavablandıracaq
11:27 17 Oktyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu gün parlamentdə “nazir saatı” formatında çıxış edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava bildirib.
Onun sözlərinə görə, nazir çıxışı zamanı bir sıra məsələlərə toxunacaq: “David Zalkaliani çıxışında rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüş, işğal altında olan ərazilərdə vəziyyət barədə danışacaq. Nazir həmçinin David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi) ətrafında baş verən proseslərə də toxunacaq”.
D.Zalkalianinin çıxışından sonra debatlar keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-xi-n-bascisi-kesikci-dagla-bagli-suallari-cavablandiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR