Yaponiya imperatorunun taxta çıxması ilə əlaqədar parad təxirə salınıb

Yaponiya imperatorunun taxta çıxması ilə əlaqədar parad təxirə salınıb
12:02 17 Oktyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın yeni imperatoru Naruhitonun taxta çıxması ilə bağlı oktyabrın 22-də keçirilməli olan parad “Haqibis” tayfununun nəticələrinə görə təxirə salınıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
Qeyd olunur ki, Yaponiya hökuməti noyabrın 10-nu parad üçün yeni tarix seçib.
Xatırladaq ki, Yaponiyada azı 77 nəfərin ölümünə səbəb olan “Haqibis” tayfununun nəticələrinin aradan qaldırılması üçün işlər görülür, habelə axtarış-xilasetmə işləri davam etdirilir.
İmperator Naruhito bu il mayın 1-də taxta çıxıb. Bu münasibətlə əsas mərasimlərin oktyabrın 22-də, eləcə də noyabr ayında keçirilməsi planlaşdırılırdı.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiya-imperatorunun-taxta-cixmasi-ile-bagli-parad-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR