Hərbi Prokurorluğun nümayəndələri hərbi hissədə görüş keçiriblər

Hərbi Prokurorluğun rəhbər işçiləri hərbi hissədə görüş keçiriblər.

Metbuat.az xəbər verir ki, bu haqda saytımıza Hərbi Prokrorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

16.10.2019-cu il tarixində Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev və Sumqayıt hərbi prokuroru vəzifəsini icra edən, ədliyyə mayoru Raul Şahverdiyev N saylı hərbi hissənin hərbi qulluqçuları qarşısında "İnsan hüquqlarının qorunması", "Korrupsiyaya qarşı mübarizə", "Həyat və sağlamlıq əleyhinə olan cinayətlər", "Hərbi xidmət əleyhinə olan cinayətlər" və sair mövzularda geniş çıxışlar ediblər.

Onlar hərbi qulluqçuların suallarını cavablandırıb, onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd olunmalıdır ki, belə tədbirlər Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbər işçilərinin, ərazi hərbi prokurorluqlarının əməkdaşlarının və müvafiq hərbi qurumların rəhbər vəzifəli nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR