Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb (FOTO)

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb (FOTO)
12:08 17 Oktyabr 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford transit" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sürücü ilə sərnişin kabinlərinin arasında - xüsusi düzəldilən gizli saxlanc yerindən 1600 ədəd üzərində "Mega Piratka" yazılan pirotexniki vasitə, 804 ədəd üzərində "Magical Candle" və 60 ədəd üzərində "Roman Candle" yazılan fişənglər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3134624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR