1000 manatdan çox maaş alan müəllimlərin sayı 5 mini ötüb

1000 manatdan çox maaş alan müəllimlərin sayı 5 mini ötüb
12:08 17 Oktyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

Cəmiyyətdə müəllim peşəsinin nüfuzunun genişlənməsi nazirliyimizi sevindirən ən böyük uğurdur. Bu sahədə kompleks tədbirlər davam edir.

Publika.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, əməkhaqqının artırılması nəticəsində müəllimlərin orta əməkhaqqı 600 manat olub. Dərs yükündən asılı olaraq daha yüksək əməkhaqqı alan müəllimlərin sayı kifayət qədərdir.

"1000 manatdan çox maaş alan müəllimlərin sayı 5 mini ötüb. Yay aylarında keçirilən işə qəbul kampaniyasında elektron qaydada 55 min müəllim iş üçün müraciət edib. Bölgələrdə vakansiyaların 100 faizə yaxını təmin olunub. 5 abituriyentrdən 4-ü ixtisas seçimində müəllim peşəsini seçib. Bundan başqa, ölkə üzrə 300-ə yaxın məktəb direktoru təyin edilib. İntizam qaydalarına riayət etməyən 6 direktor işdən azad edilib. 7 halda ciddi pozuntular olduğuna görə onlar hüquq-mühafizə orqanalrına təhvil verilib. 80 məktəb direktorunun müqavilə müddətinin uzadılmaması ilə bağlı qərar qəbul olunub".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/293325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR