Ceyhun Bayramov 4 min şagirdin sinifdə saxlanılmasının səbəblərini açıqlayıb

Ceyhun Bayramov 4 min şagirdin sinifdə saxlanılmasının səbəblərini açıqlayıb
12:12 17 Oktyabr 2019
115 Digər
Ölkə mətbuatı
A- A+

"Təbii ki, ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır. Hər bir hala baxılır və analiz edilir".
"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanda 1 milyondan çox şagird təhsil alır:
"Qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa o zaman şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir".
O qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa deməli onlar bir çox fəndən proqramı mənimsəyə bilməyiblər: "Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün daha bir səbəbdir".


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/nazir-sagirdlerin-sinifde-saxlanilmasinin-sebeblerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR