Hesab.az istifadəçilərinə həmişə yaxşı xidmət göstərməyi və faydalı ola bilməyi hədəfləyir!

Hesab.az istifadəçilərinə həmişə yaxşı xidmət göstərməyi və faydalı ola bilməyi hədəfləyir!
12:15 17 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Onlayn sahələrin inkişaf etdiyi dövrdə Hesab.az mövcud bazar şəraitində üstünlüyünü qoruyub və öndə olmağa davam edir.

Hər ay mütəmadi olaraq hədiyyəli kampaniyalar keçirilir və yüzlərlə, minlərlə istifadəçilər dəyərli elektronik hədiyyələr qazanır.

Hesab.az-da ödəniş etmək həm sürətli, həm də rahat olmaqla yanaşı təhlükəsizdir və eyni zamanda da bonuslar qazanmaq imkanı verir. Daha sonra bonusları dərhal dəyiş bölməsində müxtəlif kampaniya, hədiyyələrə dəyişə, yaxud ildə bir neçə dəfə keçirilən hərracda iştirak edərək hədiyyə qazanmaq şansı əldə edə bilərlər.

Hesab.az istifadəçiləri öz parking ödənişlərini növbədə gözləmədən, vaxt itirmədən bir neçə saniyədə həyata keçirə bilirlər. Bunun üçün sadəcə Gənclik Mall Parking, 28 Mall Parking, Garage Parking ”Nizami”, Port Baku Mall Parking, Garage Parking ”Xaqani” və Gəncə Mall Parking talonunun barkodunu mobil tətbiq vasitəsilə oxutmaq yetərlidir.

Eyni zamanda istifadçilər istənilən yerdə və şəraitdə artıq Hesab.az-la siz icbari avtomobil sığortanızı, səyahət sığortasını ala və bütün sığortaları rahat şəkildə ödəyə bilərlər.

Hesab.az-ın mövcud sosial şəbəkədəki kanallarında hərkəs daimi olaraq kampaniyalar haqqında öncədən məlumat ala və müxtəlif dəyərli hədiyyələr qazandıracaq müsabiqələrdə iştirak edə bilər.

Hesab.az əməkdaşlıq etdiyi böyük şirkətlərlə həyata keçirdiyi ortaq kampaniyalar sayəsində istifadəçilərinə hər zaman böyük fürsət və üstünlüklər təmin etmiş olur.

Qarşıdan gələn dövrdə yeni layihələrə imza atacağı gözlənilir. Böyük şirkətlərlə əməkdaşlığa hazırlaşan Goldenpay şirkəti həyata keçirməyi planlaşdırdığı kampaniyalar ilə istifadəçilərinə həmişə yaxşı xidmət göstərməyi və faydalı ola bilməyi hədəfləyir.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3134668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR