İcma sədri həmsədrlərə: Konkret nəticələr görmək istəyirik

İcma sədri həmsədrlərə: Konkret nəticələr görmək istəyirik
12:18 17 Oktyabr 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən birlik sədri Tural Gəncəliyev bildirib ki, Azərbaycan cəmiyyəti danışıqlar prosesinin nəticəsiz qalmasından narahatdır: “Bizdən danışıqlar prosesinin nəticəsi barədə soruşurlar, ancaq mən onlara konkret cavab verə bilmirəm. Əlbəttə, biz sizin səylərinizi qiymətləndiririk, ancaq nəticəsiz danışıqlar cəmiyyəti narahat edir. Biz konkret nəticələr görmək istəyirik”.

Birlik sədrinin sözlərinə görə, Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həllini tapmasına, sülh şəraitində yaşamağa hazırdır:

“Lakin ermənilər buna hazır deyilər. Dağlıq Qarabağın erməni icması birgə sülh şəraitində yaşamaqdan imtina edir”. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/293327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR