Nazir: "Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil"

Nazir: "Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil"
12:22 17 Oktyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

"Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil".
"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Bakı və digər rayon icra hakimiyyətlərində bu məsələlərin düzgün planlaması və tənzimlənməsi müzakirə edilir: "Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığına və gediş-gəlişi ilə bağlı problemləri əsasən kortəbii inkişaf edən ərazilərdə müşahidə edirik. Əfsus ki, belə ərazilər mövcuddur".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/nazir-mekteblere-neqliyyat-vasitelerinin-verilmesi-gundemde-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR