DİN Bakıda keçmiş arvadını və qayınanasını öldürərək yandıran şəxslə bağlı məlumat yayıb

DİN Bakıda keçmiş arvadını və qayınanasını öldürərək yandıran şəxslə bağlı məlumat yayıb
12:42 17 Oktyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçmiş arvadını və qayınanasını öldürərək yandıran şəxslə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gələn keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb.
V.Hüseynov sonra "Azadlıq" prospektində özünü avtobusun altına atıb.
Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/di-n-bakida-kecmis-arvadini-ve-qayinanasi-oldurerk-yandiran-sexsle-bagl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR