Yevlaxda qaz xəttini zədələdilər - Kəndlər qazsız qaldı

Yevlaxda qaz xəttini zədələdilər - Kəndlər qazsız qaldı
12:43 17 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Dünən axşam saatlarında "Xaldan Əhali" ölçü qovşağından qidalanan, Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, bir qrup abonentin qaz təchizatında fasilə yaranıb.

Hazırda “Azəriqaz” İB-nin əməkdaşları ərazidə baş verən fəsadın aradan qaldırılması üçün hazırlıq işləri görür. Qaz təchizatının bərpası oktyabrın 17-də gün ərzində mümkün olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3134537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR