Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Qaçanda avtobusun altında qaldı - YENİLƏNİB

Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Qaçanda avtobusun altında qaldı - YENİLƏNİB
12:52 17 Oktyabr 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

12:48

Bakının Binəqədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, faktla bağlı Bakı şəhəri Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə) maddə ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məlumata görə, hadisəni törədib qaçarkən yol qəzasına düşmüş Vaqif Hüseynov xəstəxanada polis nəzarətinə götürülüb.

Xatırladaq ki, hadisə Bakının Binəqədi rayonu, Aşurbəyov küçəsi 22 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılova və qayınanası, 85 yaşlı Luiza İsmayılovanı qətlə yetirib. V.Hüseynov daha sonra hər iki meyitin üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Hadisəni törədən V.Hüseynov ərazidən yayınarkən, "Azadlıq" prospektində onu sərnişin avtobusu vurub.

V.Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

----------
09:33

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən "Azadlıq" prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/794911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR