Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib
13:02 17 Oktyabr 2019
130 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
“Report”un məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.
Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-i-nterpolun-milli-merkezi-burosunun-reisi-teqaude-gonderi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR