"El Klassiko"nun vaxtı dəyişdirilir

"El Klassiko"nun vaxtı dəyişdirilir
13:05 17 Oktyabr 2019
123 İdman
Ölkə mətbuatı
A- A+

La Liqanın 10-cu turunda "Barselona" və "Real" arasında oktyabrın 26-ı "Nou Kamp"da keçirilməli olan matçın vaxtı dəyişə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşün dekabrın 18-i oynanılması mümkündür.

Buna  Kataloniyada siyasi məsələlərə görə baş verən etirazlar səbəb ola bilər. Belə ki, La Liqa rəhbərliyi əvvəlcə görüşün yerinin dəyişdirilməsini  təklif etsə, bununla nə klublar, nə də İspaniya Futbol Federasiyası razı olub. Bildirilir ki, bu mövsümün ilk "El Klassiko"sunun vaxtının dəyişdirilməsi variantına isə "Real" və "Barselona" narazı deyil.

Bununla bağlı son qərarı La Liqa, İspaniya Futbol Federasiyası nümayəndəsi və müstəqil komitə üzvü Lukas Osorionun yer aldığı xüsusi komitə verəcək. Qərarın bazar ertəsinə kimi açıqlanacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/794938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR