O məmurlar prezidentimizin bu sözlərindən dərs çıxarmalıdır, yoxsa... – SƏRT SÖZLƏR

O məmurlar prezidentimizin bu sözlərindən dərs çıxarmalıdır, yoxsa... – SƏRT SÖZLƏR
13:08 17 Oktyabr 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

“Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçımızın nitqi bizi fərəhləndirdi”.

Publika.az-a bu fikirləri Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas, “İnam” verlişinin müəllif və aparıcısı Seyid Camal Əzimbəyli deyib.

Prezidentin yürütdü siyasəti, müşavirədə söylədiyi fikirləri açıq şəkildə dəstəklədiklərini bildirən C.Əzimbəyli sözlərinə belə davam edib: “Biz Qarabağ Seyid Ocaqları olaraq daim prezidentimizin yanındayıq, Onun yürütdüyü siyasəti dəstəkləyirik. Son müşavirədə Prezidentimizin səsləndirdiyi fikirlər ürəyimizcə oldu, bizi çox qürurlandırdı. Dövlət başçısı bəzi məmurların aparılan siyasətə, islahatlara mane olmağa çalışdığını deyərək, onlara ciddi xəbərdarlıq etdi. Hesab edirəm ki, cənab İlham Əliyevin bu sözlərindən o məmurlar dərs çıxaracaq. Əks halda onları heç də yaxşı gələcək gözləyə bilməz. Hansısa məmurun hansısa mətbu orqanından özünün inhisarı kimi istifadə etməsi, dövlət başçımızın apardığı düzgün siyasətə altdan-altdan mane olması, dövlətçiliyə xidmət edən şəxslərin gözdən salınmağa çalışılması yolverilməzdir.

Biz hər birimiz dövlətçiliyimizə, cənab İlham Əliyevin apardığı siyasətə əngəl yaradacaq addımlara, habelə buna cürət edəcək məmurlara qarşı mübarizə aparmalı, Prezidentimizin yanında yer almalıyıq. Çünki Azərbaycanımızın parlaq gələcəyi İlham Əliyevin apardığı uğurlu, ardıcıl siyasətlə bağlıdır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/293332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR