Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq

Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq
15:32 17 Oktyabr 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq.

Milli.Az Trend -ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir bildirib ki, "Təhsil haqqında" qanunda məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub:

"Sertifikasiya prosesinə başlanılması üçün hökumət tərəfindən sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsini, qiymətləndirilmənin aparılmasını və digər məsələləri özündə əks etdirən sənəd təsdiq edilməlidir. Yalnız bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/795007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR