“Eutelsat”: “Dünyada 190 “Ultra HD” formatlı telekanal yayımlanır”

“Eutelsat”: “Dünyada 190 “Ultra HD” formatlı telekanal yayımlanır”
15:35 17 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

“Eutelsat” şirkətinin yeni televiziya formatları məsələləri üzrə vitse-prezidenti Mişel Şabrol “MIPCOM” bazar proqramlarının açılışında çıxışı zamanı hazırda dünyada 190 ədəd “Ultra HD” standartlı kanalın yayımlanmasını bildirib. Vitse-prezidentin sözlərinə görə, son ildə onların sayı 20 faiz artıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, peyk “UHD” kanalların çatdırılması üsulları arasında liderdir. Beləliklə, 93 kanalın proqramı birbaşa translyasiya edilir. 95 “UHD” kanalı “IPTV” platformaları, daha bir neçəsi isə rəqəmli efir televiziyası şəbəkəsi vasitəsilə yayımlanır.

 

Bildirilir ki, 33 dildə yayımlanan 86 belə telekanal 46 Avropa ölkəsinin payına düşür.

 

M.Şabrol “Eutelsat” şirkətinin “Hotbird” peyki vasitəsilə “8K” standartında yayımlanan telekanalın test yayımını həyata keçirməsi ilə bağlı yayılan informasiyanı təsdiq edib. Hazırda “Eutelsat Hotbird” peyki vasitəsilə müxtəlif bazarlara yayımlanan on bir “4K/UHD” standartlı telekanalın translyasiyası aparılır.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63523-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR