Ağcabədidə avtomobil qoyun sürüsünə girib, 10-dan çox xırdabuynuzlu tələf olub

Ağcabədidə avtomobil qoyun sürüsünə girib, 10-dan çox xırdabuynuzlu tələf olub
15:42 17 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.
"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Gələbədini kəndindən keçən hissəində qeydə alınıb. 
Kənd sakinləri Ələsgər Ələsgərov və Allahyar Həsənov sürünü avtomobil yolundan qarşı tərəfə keçirmək istiyərkən yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı minik avtomobili qoyun sürüsünə girib. Nəticədə 10-dan çox xırdabuynuzlu tələf olub, 11-i isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-avtomobil-qoyun-surusune-girib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR