Bakı sakinlərinə şad xəbər (VİDEO)

Bakı sakinlərinə şad xəbər (VİDEO)
16:01 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ildə mənzil bazarında qiymətlərin aşağı düşməsi qaçılmaz olacaq.

ANS TV-nin məlumatına görə, aparılan araşdırmalar göstərir ki, ötən ilin son 4 ayında daşınmaz əmlak bazarında başlanan qiymət azalması bu il də davam edəcək. Mənzil bazarındakı ucuzlaşma bir sıra amillərlə izah olunur. Bu ilk növbədə bazara daxil olan pul kütləsinin və əhalinin gəlirlərinin azalması ilə bağlıdır. Digər tərəfdən dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsi və rublun məzənnəsində kəskin enməsi də bazara təsir göstərib.

Nəticədə gəlirlərinin azalacağını gözləyən insanlar öz vəsaitlərini qoruyub saxlamağa məcbur olublar. Proqnozlara əsasən il ərzində daşınmaz əmlakın qiymətində ümumilikdə 6-8% ucuzlaşma olacaq. Alıcı azlığı satıcıları endirmə getməyə vadar edəcək.

Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir ki, diskont əvvəlki illərdə 5-6% verilirdisə, bu gün 10-15% verilr. Onun sözlərinə görə yəni bazara 100 minlik təklif etdiyin mənzili gərək 85-88-ə satasan ki, onu alalar.

Qiymətlərin düşməsinin 2016-cı ildə də davam edəcəyi gözlənilir. Hazırki qiymətlərə gəlincə paytaxtın mərkəzində mənzillərin 1 kv metri 2900 dollara satılır. 2-ci zonada qiymətlər 1800-2000 manat, paytaxtın ətraf ərazilərində isə 1500-1800 manat arasında dəyişir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=320105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR