Nazir: İnzibati amillərlə repetitorluğun qarşısını almaq az effektli yoldur

Nazir: İnzibati amillərlə repetitorluğun qarşısını almaq az effektli yoldur
17:15 17 Oktyabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

İnzibati amillərlə repetitorluğun qarşısını almaq az effektli yoldur.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən mətbuat konfrasında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Repetitorluğun bütün dünyada mövcud olduğunu deyən nazir əlavə edib ki, bölgələrdəki ucqar məktəblərdə təhsil alan, repetitor tutmağa imkanı olmayan ailələrin övladlarının, internat məktəblərinin məzunlarının ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərməsinin şahidi olmuşuq: "Repetitor faktoru mövcuddur, bunu hamımız bilirik. Bu təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif təhsil sistemlərində bu və digər formada repetitorluq amili var. Repetitor tutmağa imkanı olmayan ailələrin övladlarının yüksək nəticələr göstərməsi bunu bir daha təsdiq edir ki, məktəb bazasında işlər düzgün təşkil edilərsə, yüksək nəticə əldə etmək mümkündür. X-XI sinif səviyyələrində təhsilin keyfiyyətinin artırılması üçün tapşırıqlar verilib. Bu il və növbəti illər ərzində bu məsələni ciddi nəzarətdə saxlayacağıq”.

C.Bayramovun sözlərinə görə, məktəblərdə təmayül siniflərinin yaradılmasının əsas məqsədi də odur ki, X-XI sinif şagirdləri ali təhsil almaq istədikləri ixtisas üzrə fənlərə daha çox köklənsin. Həmin fənlər üçün əlavə saatların paylanması, direktorlar tərəfindən tam orta təhsil səviyyəsində məktəbin ən təcrübəli müəllimlərinin bu işə cəlbi hesabına keyfiyyətli təhsil təşkil etmək mümkündür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3134941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR