İlham Əliyevdən yeni SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezidentin imzaladığı Sərəncamda belə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamına Əlavə - “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın 2-ci hissəsində “Binaların sayı, ədəd” və “Sayı ədəd” sütunlarında “35” rəqəmləri “40” rəqəmləri ilə, “İstismara yararsız liftlərin sayı, ədəd” sütununda “75” rəqəmləri “83” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2019-cu il".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR