Avropa İttifaqının ABŞ-la ticarətindəki müsbət saldo artıb

Avropa İttifaqının ABŞ-la ticarətindəki müsbət saldo artıb
17:32 17 Oktyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-avqust aylarında Avropa İttifaqı (Aİ) ölkələrinin ABŞ-a ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,45% artaraq 295,9 milyard avroya, ABŞ-dan idxalı isə 10,5% artaraq 193,2 milyard avroya çatıb. 
"Report" xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi ("Eurostat") məlumat yayıb. 
Məlumata görə, son nəticədə Aİ-nın ABŞ-la ticarətindəki müsbət saldo 102,7 milyard avro təşkil edib ki, bu da illik müqayisədə 13,35% çoxdur. 
Əvəzində son 1 ildə Aİ-nın Çinlə ticarətindəki mənfi saldo 9,55% artaraq 127,4 milyard avroya çatıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/avropa-i-ttifaqinin-abs-la-ticaretindeki-musbet-saldo-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR