Masallıda 4 yaşlı uşaq it dişləməsindən öldü - Prokurorluq məlumat yaydı

Masallıda 4 yaşlı uşaq it dişləməsindən öldü - Prokurorluq məlumat yaydı
18:12 17 Oktyabr 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Nizami rayon Prokurorluğu sentyabrın 15-də Masallıda it dişləyən azyaşlının ölümü ilə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, Prokurorluqdan Trend-ə verilən məlumata görə, araşdımalar zamanı məlum olub ki, azyaşlı Masallı rayon Mərkəzi Xəstəxanasında dərhal nəzarətə götürülüb və ona 4 dəfə peyvənd vurulub. Oktyabrın 10-da Bakıya gətirilən yaralıya xəstəxanada növbəti dəfə peyvənd olunsa da, oktyabrın 16-da vəfat edib. Nizami rayon prokurorluğunda material qaydasında araşdırma aparılır. Valideynlərinin hər hansı şikayəti olmayıb.

Xatırladaq ki, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/795058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR