"Yuventus" Ronaldu ilə rekord qırdı

"Yuventus" Ronaldu ilə rekord qırdı
18:17 17 Oktyabr 2019
185 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus" forma satışı üzrə öz rekordunu qırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı ulduzu Kriştianu Ronaldunu transfer etdikdən sonra forma satışını artırıb. Klubun 2018/2019 mövsümü üçün  forma satışı 1 milyon 315-ə çatıb. Tarixində ilk dəfə 1 milyon səddini keçən A Seriya təmsilçisi Avropada bu göstəricində 10 klub arasına düşüb.

Qeyd edək ki,  2018/2019 mövsümündə ən çox forma "Mançester Yunayted" satıb - 4 milyon 950 min forma. "Liverpul" 2-ci (3 milyon 943 min),  "Bavariya" isə 3-cü (3 milyon 475 min) pillədə qərarlaşıb. "Real" 4-cü (2 milyon 920 min), "Barselona" 5-ci (2 milyon 755 min), "Çelsi" 6-cı (1 milyon 911 min), Dortmund "Borussiya"sı 7-ci (1 milyon 698 min), PSJ 8-ci (1 milyon 522 min), "Mançester Siti" 9-cudur (1 milyon 476 min).

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR