Şəkidə 16 yaşlı qızda hamiləlik aşkarlandı, polis araşdırmalara başladı

Şəkidə 16 yaşlı qızda hamiləlik aşkarlandı,  polis araşdırmalara başladı
18:42 17 Oktyabr 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/795074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR