Şirvanda mikroavtobus “VAZ”la toqquşdu: ölən var - FOTO

Şirvanda mikroavtobus “VAZ”la toqquşdu: ölən var -  FOTO
18:57 17 Oktyabr 2019
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvanda ağır yol qəzası baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. "Mercedes" markalı, 18 BX 708 dövlət nömrə nişanlı mikroavtobus "VAZ-21014" markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/795071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR