Beynəlxalq tədbirin iştirakçıları Gənclər Fondunda qonaq olub

Beynəlxalq tədbirin iştirakçıları Gənclər Fondunda qonaq olub
19:36 17 Oktyabr 2019
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gənclər üçün Təhsil Mərkəzinin Bakı şəhərində təşkil etdiyi “Gənc sahibkarlar klubu” adlı beynəlxalq layihənin iştirakçıları Gənclər Fondunda səfərdə olublar.

Gənclər Fondundan Trend-ə verilən məlumata görə, 6 ölkəni təmsil edən 30 gəncə Fondun fəaliyyəti haqqında geniş məlumat verilmiş, təqdimat nümayiş etdirilmişdir.

Fondun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlayaraq, Fondun gənclər üçün yaratdığı imkanlar barədə danışmış, dövlətin gənclərə hərtərəfli dəstək verdiyini, hər zaman onların yanında olduğunu vurğulamışdır.

Daha sonra Fondun əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırmışlar.

Mərkəzin Baş katibi Gülnar Xəlilova səmimi qəbula görə Fondun rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3134988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR