Ölkəmizdəki islahatlar dünya üçün nümunədir - DEPUTAT

Ölkəmizdəki islahatlar dünya üçün nümunədir - DEPUTAT
19:38 17 Oktyabr 2019
128 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə biznes mühitin dəstəklənməsi məqsədilə müəyyən vergi güzəştləri tətbiq olunub, sosial paketlərin gücləndirilməsi üçün tədbirlər görülüb. Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin memarı olduğu vacib dəyişikliklərin nəticəsidir.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, vergi və gömrük sahəsində islahatlar, şəffaflıqla bağlı addımlar öz nəticələrini verməkdə davam edir. Qeyri-neft sektorunun artımı, eləcə də sənaye sektorunun qabaqlayıcı inkişaf dinamikası Azərbaycanda dövlət başçısının bilavasitə rəhbərliyi ilə keçirilmiş iqtisadi islahatların nəticəsidir.

A.Hüseynov deyib ki, Azərbaycan dövlətinin düşünülmüş siyasəti ən yüksək səviyyədə keçirilir. Prezident İlham Əliyevin qeyri-neft sənayesində qabaqlayıcı artımı qeyd etməsi çox vacibdir, çünki bu, iqtisadiyyatın real sektorudur. İnvestisiyaların həcminin artması, investisiya axınının innovativ məzmunu yaxın gələcəkdə ölkə iqtisadiyyatında ümumi daxili məhsulun 5 faiz və daha çox həcmdə qabaqlayıcı artımına nail olmağa imkan verəcək.

Deputat bildirib ki, qısa və orta müddətli perspektivdə qeyri-xammal sahələrinin inkişafı istiqamətində bu göstəricilərdə dəyişikliklər baş verə bilər. Yaxın illərdə də bu istiqamətdə atılan addımların çox ciddi sosial-iqtisadi təsiri gözlənilir. Daxili bazarı genişləndirməklə, faktiki olaraq, idxalı əvəzetmə siyasətinin reallaşdırılması dəstəklənir. Bu kontekstdə, bir tərəfdən əhalinin sosial müdafiəsinin artırılması üçün imkanların genişləndirilməsi ön plana çıxır, digər tərəfdən, daxili bazarın genişləndirilməsi əmək fəaliyyətinin artırılması hesabına milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasına töhfə verilir.

Aydın Hüseynov, həmçinin əlavə edib ki, bu ilin sentyabr ayında minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən bu islahatlar dünya miqyasında nümunə ola bilər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/293368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR