BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa keçirilib (FOTO)

BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa keçirilib (FOTO)
19:50 17 Oktyabr 2019
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dəyirmi masa keçirilib.

Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, ADPU-nun rektoru, professor Cəfər Cəfərov BDU-nun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, universitetin tarixindən, xalqımızın inkişafında oynadığı roldan danışıb. Rektor yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirən universitetin 100 illik yubileyinin UNESCO-da təntənə ilə keçirildiyini xatırladıb, yubileylə əlaqədar növbəti tədbirin ADPU-da keçirilməsindən məmnunluq duyduğunu bildirib.

BDU-nun rektoru Elçin Babayev tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. Bakı Dövlət Universitetinin 100 il ərzindəki fəaliyyətinin uğurları barədə geniş məlumat verən rektor Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin universitetin inkişafına daimi diqqət və qayğı göstərdiyini bildirib. Universitetin əsas inkişaf istiqamətinin təhsil, elm, innovasiyalar, sosiallıq və beynəlmiləlləşmək olduğunu diqqətə çatdıran rektor universitetin növbəti 100 illiyə yeni enerji ilə qədəm qoyaraq daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov 100 illik yubileyin çox əlamətdar hadisə olduğunu, BDU-nun ötən illər ərzində çox böyük uğurlara imza atdığını vurğulayıblar.

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında BDU-nun böyük xidmətləri olduğunu diqqətə çatdırıblar.

Tədbir iştirakçıları ADPU-da fəaliyyət göstərən BDU məzunlarının elmi əsərlərindən ibarət sərgi və Türksoy kafedrası ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Tədbirdə BDU-nun və ADPU-nun rəhbərliyi, professor-müəllim heyətləri və tələbələri iştirak ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3134993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR