“Mançester Yunayted” Demiral üçün 30 milyon təklif etdi - “Yuventus” razılaşmadı

“Mançester Yunayted” Demiral üçün 30 milyon təklif etdi - “Yuventus” razılaşmadı
21:05 17 Oktyabr 2019
654 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" "Yuventus"un türkiyəli müdafiəçisi Merih Demiralı transfer etmək üçün qarşı tərəfə 30 milyon avro təklif edib.

Milli.Az "Sky Italia"ya istinadən xəbər verir ki, Turin klubunun futbol direktoru Fabio Paratiki "qırmızı şeytanlar"dan konkret məbləğ tələb etməyib və Demiralı satmaq istəmədiklərini deyib.

Xəbərdə Leonardo Bonuççinin 32 yaşında olduğu və "Yuventus"un Matteis de Liqt və Merih Demiralın xidmətindən uzun illər istifadə etmək fikrində olduğu vurğulanıb.

21 yaşlı müdafiəçi bu mövsüm "Yuventus"da bir oyun keçirib.

"Fənərbaxça"da yetişən gənc futbolçu "Sportinq" (Lissabon), "Alanyaspor" və "Sassuolo" klublarında da çıxış edib. "Yuventus" Türkiyə yığmasında 10 keçirən oyunçunu bu yay "Sassuolo"dan 18 milyon avroya transfer edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR