Yoğun bağırsaqda POLİPLƏR təhlükəlidirmi? - Əməliyyat, yoxsa müalicə?

Yoğun bağırsaqda POLİPLƏR təhlükəlidirmi? -  Əməliyyat, yoxsa müalicə?
21:37 17 Oktyabr 2019
629 Maraqlı
Ölkə mətbuatı
A- A+

Polip - bağırsağın selikli qişasında yaranmış törəmə deməkdir. Yoğun bağırsaq polipləri bir və çoxsaylı ola bilər. Forma və xüsusiyyətlərinə görə poliplər müxtəlif növlərə bölünür. Burada, xüsusən, iltihabi, hiperplastik və neoplastik  formaları qeyd etmək olar. Bu törəmələr bədxassəli və xoşxassəli xüsusiyyətə malik ola bilər.
 
Milli.Az medicina.az-a istinadən cərrah-proktoloq, t.e.n Anar Əliyevin poliplərin yaranma səbəbləri və müalicəsi barədə açıqlamasını təqdim edir.

Xoşxassəli törəmələrə fibroma, adinoma və bağırsaq polipləri aiddir. Bağırsaq polipləri daha çox təsadüf edilən patologiyalardandır.

Yoğun bağırsaq poliplərinin əsas yaranma səbəbləri aşağıdakılardır:

İrsi faktorlar;
Qeyri-düzgün qidalanma (rafinə edilmiş məhsullar, heyvan mənşəli piylərin izafi istifadəsi və s.);
Qəbizlik.
Yoğun bağırsaq poliplərinin əlamətləri və fəsadları
Əgər polip kiçikdirsə - diametri bir neçə mm, bu zaman o pasiyenti narahat etmir və yoğun bağırsağın müayinəsi zamanı təsadüfən üzə çıxır.
Ölçüsü bir neçə sm-ə çatan böyük poliplər bağırsağın divarını deşib, qanaxmaya səbəb olur.

Polip hüceyrəsi uzun müddət müalicə olunmazsa bədxassəli formaya çevrilə bilər. Statistikaya görə, hər beş polipdən biri xərçəngə çevrilir.

Poliplərin diaqnostikası məqsədilə həkim aşağıdakıları təyin edə bilər:

Nəcis analizi;
İrriqoskopiya - bağırsaqların rentgenoloji müayinəsi;
Düz bağırsağın barmaqla müayinəsi və s.
 
 
 

Yoğun bağırsaq poliplərinin müalicəsi

Yoğun bağırsaq poliplərinin konservativ müalicəsi perspektivli sayılmır. Kolonoskopiya ilə aşkarlanmış istənilən polip cərrahi yolla xaric edilməli və mikroskopik müayinədən keçməlidir. Yoğun bağırsağın kiçik ölçülü poliplərinin vaxtında aradan qaldırılması yoğun bağırsaq xərcənginin əsas profilaktikası hesab edilir.

Yoğun bağırsaq poliplərinin cərrahi müalicəsi endoskopik avadanlıq vasitəsilə həyata keçirilir.
Poliplərin yandırılması üçün elektrokoaqulyasiya tətbiq olunur. Böyük poliplər hissə-hissə xaric edilir.

Çoxsaylı polipoz zamanı yoğun bağırsağın bir hissəsi kəsilib götürülür. Xaric edilmiş polip histoloji müayinəyə yönəldilir və orada polipin bədxassəli transformasiyasının olub-olmaması müəyyənləşdirilir.

Poliplərin endoskopik metodla xaric edilməsi yüngül və ağrısız keçir, bunu ümümi narkozsuz həyata keçirirlər, bağırsağın travması minimal olur.
İlk iki həftə ərzində poliplərin eyni yerdə yenidən əmələ gəlmək ehtimalı var - buna 13% xəstələrdə rast gəinir. 7% pasiyentlərdə poliplər yoğun bağırsağın digər nahiyələrində yarana bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR