Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi - FOTO

Azərbaycanlı karateçi Ayxan Mamayev xəstəxanaya yerləşdirilib.

Ayxanın kəskin böyrək çatışmazlığı var. Dünən özünü pis hiss edib. Böyük ehtimalla, soyuqdəymədən olub. Bədəni şişib və xəstəxanaya gətiriblər. Xəstəxanada məlum olub ki, böyrəklərində problem var. Bu gün onun özü ilə danışmışam, qırıq-qırıq danışır. Həkimlər onun nə vaxt ayağa qalxacağı barədə hələ bir söz demirlər.

Bunu karateçimiz Ayxan Mamayevin dostu olan sərbəst güləş üzrə üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR