Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub
22:02 17 Oktyabr 2019
690 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonu "20 Yanvar metrostansiyası" yaxınlığında qeydə alınıb.
Belə ki, "90-JM-358" dövlət nişanlı 18 saylı sərnişin avtobusu "90-AN-286" dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.
Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-sernisin-avtobusu-avtomobille-toqqusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR