Rövnəq Abdullayev aktyoru mükafatlandırdı

Rövnəq Abdullayev aktyoru mükafatlandırdı
16:06 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Gənc Tamaşaçılar Teatrının aktyoru Məhərrəm Musayev Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tərəfindən Fəxri Fərmana layiq görülüb.

Axşam.az xəbər verir ki, aktyor bu mükafata Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filmində uğurla ifa etdiyi SSRİ-nin Neft sənayesi naziri, dövlət xadimi Valentin Dmitriyeviç Şaşin roluna görə təltif olunub.

Qeyd edək ki, ssenari müəllifi Eldar İskəndərzadə olan ikihissəli bədii-sənədli film Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında çəkilib. Filmdə  X.Yusifzadənin ömrünün maraqlı anları, həyat hekayələri xronoloji ardıcıllıqla təqdim edilir.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR