Trampdan 180 dərəcəlik dönüş: Ərdoğan...

Trampdan 180 dərəcəlik dönüş: Ərdoğan...
23:08 17 Oktyabr 2019
634 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatlar Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etməyəcək.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Ağ Evin başçısı Türkiyəyə qarşı yeni sanksiyaların tətbiq edilməsinə ehtiyac olmadığını deyib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dost adlandırıb.

Tramp daha əvvəl isə "Sülh çeşməsi" əməliyyatı ilə əlaqədar olaraq Türkiyəni təhdid etmiş və iqtisadiyyatını məhv edəcəyini bildirmişdi.

Qeyd edək ki, bu gün Türkiyə-ABŞ danışıqlarının nəticəsi olaraq “Sülh çeşməsi” əməliyyatı ilə bağlı razılaşma əldə edilib.

SON DƏQİQƏ: ABŞ və Türkiyə RAZILAŞDI: YPG bölgədən çıxır, 120 saat ərzində... - DETALLAR - FOTO/VİDEO (YENİLƏNDİ)

Tramp görüşlə bağlı tvitində "Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", yazıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/293382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR