İşgəncələrə Qarşı Komitə azyaşlının it dişləməsindən ölümünə münasibət bildirib

İşgəncələrə Qarşı Komitə azyaşlının it dişləməsindən ölümünə münasibət bildirib
23:22 17 Oktyabr 2019
705 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Tural Hüseynov Masallı rayonunda 4 yaşlı uşağın ölməsi ilə bağlı hadisəyə münasibət bildirib.

Komitə sədri azyaşlının ölümündən təəssüfləndiyini bildirib və aidiyyəti qurumları bu məsələdə diqqətli olmağa çağırıb: "
Hörmətli hüquq müdafiəciləri, aidiyyəti qurum rəhbərləri. Baş vermiş hadisə çox ürəkağrıdan haldır. Sahibsiz it bir ailəyə faciə gətirib. Mən bu məsələdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyətə də səslənmək istəyirəm. Küçələrdə sahibsiz itlərə daha ciddi nəzarət olunmalıdır ki, bu cür faciələrin qarşısı alınsın. Bu işdə hər bir vətəndaş fəal olmalıdır. Küçələrdə sahibsiz it görərkən aidiyyəti qurumlara, cəmiyyətlərə məlumat verək, özümüzü və ailə üzvlərimizi qoruyaq. Sahibsiz itlərin insanlara hücumuna biganə yanaşmayaq".

T. Hüseynov qeyd edib ki, bu cür xoşagəlməz hallar paytaxtdakı gəzinti park və istirahət yerlərində də baş verir: "İstirahət parklarında, gəzinti yerlərində ağzı qəfəssiz itlər gəzdirilir və bu da həmin ərazilərdə xoşagəlməz hallarla nəticələnir. Aidiyyəti qurumlar bu cür halların qarşısını almalıdır".
Xatırladaq ki, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3135077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR