"El-Klasiko"nun tarixi dəyişdirildi

"El-Klasiko"nun tarixi dəyişdirildi
06:28 18 Oktyabr 2019
136 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında X turun "Barselona" - "Real Madrid" matçı oktyabrın 26-dan dekabrın 18-nə təxirə salınıb.

Bu barədə qərarı ötən gün yarışların keçirilməsi üzrə komitə qəbul edib.

Səbəb kimi Kataloniya paytaxtındakı etiraz və çaxnaşmalar göstərilib. Görüşün başlama saatı yaxın vaxtlarda müəyyənləşəcək.

Qeyd edək ki, "Barselona" etiraz aksiyaları üzündən artıq bəzi çətinliklər yaşayıb. La Liqada "Eybar"la növbəti matça komanda avtobusla yollanacaq. Hazırda "Real Madrid" 18 xalla birinci, "Barselona" 16 xalla 2-ci pillədədir (Report).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/293391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR