VÖEN-i onlayn qaydada bağlamaq mümkündür?

VÖEN-i onlayn qaydada bağlamaq mümkündür?
07:05 18 Oktyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Vergiödəyicisi VÖEN-i onlayn qaydada bağlaya bilərmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Milli.Az-a bildirilib ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergiödəyicisi "Vergiödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış"ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergiödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır. Vergiödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda, fəaliyyətin dayandırıldığı tarixədək olan dövr üzrə öz üzərinə düşən vergi öhdəliklərini (bəyannamələrin təqdim olunması, vergi məbləğlərinin ödənilməsi) mütləq qaydada yerinə yetirməlidir. Həmçinin gücləndirilmiş elektron imza (o cümlədən "ASAN İmza") və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/795048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR