"Qarabağ" 30 min Azərbaycan bayrağı sifariş etdi

"Qarabağ" 30 min Azərbaycan bayrağı sifariş etdi
07:23 18 Oktyabr 2019
138 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-lə keçirəcəyi görüş üçün hazırlıqlara başlayıb.

Qaynarinfo-nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada bayraq aksiyası təşkil ediləcək.

Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.

Qeyd edək ki, "Qarabağ" - APOEL görüşü oktyabrın 24-də keçiriləcək.

Onu da əlavə edək ki, "Qarabağ”ın Lüksemburqda "Düdelanj”la keçirdiyi oyunda erməni təxribatı baş verib. Sözügedən qarşılaşmada meydana qondarma rejimin bayrağı gətirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/293393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR