İllər sonra ilk dəfə bir arada (FOTO)

İllər sonra ilk dəfə bir arada (FOTO)
16:06 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Oskar"ın xəbərçisi sayılan tənqidçilərin seçimi mərasimində mükafat həyəcanı ilə yanaşı bir başqa gərginlik də yaşanıb. ANS PRESS-in məlumatına görə, Bred Pittin keçmiş arvadı Ceniffer Aniston ilə uğruda evliliyini bitirdiyi hazırkı arvadı Ancelina Coli ilk dəfə eyni tədbirə qatılıblar.

Coli mərasimə yalnız qatılıb. Enistonun yanında isə nişanlısı olub. Təşkilatçılar münasibətləri yaxşı olmayan iki ulduzun qarşı-qarşı gələməməsi üçün ciddi səy göstəriblər. xüsusi plan sayəsində iki aktrisa bir-birini görməyib.

Bu sayədə təşkilatçılar mümkün gərginlikdən xilas olmuş olublar.

Dünyanın ən cazibədar qadınlarından biri hesab edilən A.Coli gecəyə gümüşü rəngli uzun geyimdə, Eniston isə qırmızı kostyumda qatılıb. Eniston sinə dekoltesi ilə göz qamaşdırıb.

Xatırladaq ki, A.Coli ilə Bred Pitt uzun müddətdir birlikdədirlər. Onların bu münasibətlrədən 3-ü doğma olmaqla 6 uşaqları var. Cütlük ötən ilin yayında rəsmi şəkildə evləniblər.









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR