İlham Əliyev Xalq artistinə ev hədiyyə etdi

Prezident İlham Əliyev daha bir Xalq artistinə mənzil hədiyyə edib.

Metbuat.az xəbər verir ki, Xalq atisti, tarzən Fikrət Verdiyevə ev verib. Bununla bağlı F.Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova-Verdiyeva “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

“Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”, - deyə Bəyimxanım Cavanşirova-Verdiyeva qeyd edib.

Qeyd edək ki, F.Verdiyevin Gəncə şəhərində “Göygöl” ansamblının və Gəncə Dövlət Filarmoniyasının yaranmasında rolu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR