“iPhone” smartfonlarının 50%-i “iOS 13” sisteminin idarəetməsi altında işləyir

“iPhone” smartfonlarının 50%-i “iOS 13” sisteminin idarəetməsi altında işləyir
10:35 18 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

“iOS 13” əməliyyat sisteminin təqdim edilməsindən bir ay sonra bu platforma “Apple” smartfonlarının 50%-nə quraşdırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hazırda “iPhone” smartfonlarının 41%-i “iOS 12”, 9%-i isə köhnə əməliyyat sistemlərinin idarəetməsi altında işləyir. Statistikaya görə, son ildə təqdim edilmiş “iPhone” smartfonlarının 55%-nə “iOS 13” sistemi quraşdırılıb.

 

“iOS 13” versiyası 19 sentyabr 2019-cu il tarixindən yükləmə üçün əlçatandır. “Apple” şirkəti iddia edir ki, yeni əməliyyat sisteminin yenilənməsi 60% daha az yer tutur və proqramların yüklənməsinə 50% daha az vaxt tələb olunur. Həmçinin “Face ID” sifət tanıma sisteminin işləmə sürəti 30% artıb.

 

“iOS 13” sistemində əsas yeniliklərdən biri qara rəng sxemi olub. Bu rejim aşağı işıqlandırma vaxtı məzmuna baxış üçün əlverişlidir. Kənar proqramçılar öz proqramlarına qara rejimi əlavə edə bilərlər.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63534-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR