10 kq doşaba futbolçu transfer etdilər

10 kq doşaba futbolçu transfer etdilər
10:47 18 Oktyabr 2019
104 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə futbolunda daha bir maraqlı transfer gerçəkləşib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, həvəskarlar liqasında mübarizə aparan "Aladağ" klubu yarımmüdafiəçi Oktay Karakanı 10 kq doşaba transfer edib. 

Türkiyə mətbuatının yazdığına görə, 35 yaşlı futbolçunu transfer etmək istəyən klubun maliyyə problemləri səbəbindən onu almağa pulu olmayıb. Bu üzdən də klub prezidenti Hüseyn Ağaoğlu futbolçuya daha çox təmsil etdikləri Adanada istehsal olunan ardıc doşabı təklif edib və Karakan da buna razı olub.
 
Tərəflər 1 illik müqaviləyə imza atıblar. Təqdimat mərasimində futbolçuya çatacaq 10 kq doşab da təqdim olunub. 
 
Xatırladaq ki, Türkiyə həvəskarlar liqasında bir neçə ay öncə daha bir maraqlı transfer gerçəkləşmişdi. Belə ki, "Korqanspor" klubu "ASP Spor"dan transfer etdiyi Mustafa Partal və "Merzifonspor"dan aldığı Burak Karabayraka maaş olaraq ayda bir kisə (60 kq) fındıq veriləcəyini açıqlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR