Azərbaycanlı iş adamları Marneulinin investisiya imkanlarını araşdırır

Azərbaycanlı iş adamları Marneulinin investisiya imkanlarını araşdırır
10:52 18 Oktyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycandan olan bir qrup iş adamı Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib.
"Report"un yerli bürosu xəbər verir ki, şirkət nümayəndələri Marneulinin biznes mühiti və investisiya imkanlarını araşdıracaqlar.
Marneuli rayonunun icra başçısı Zaur Darğallı iş adamları ilə görüşüb. O, ilk növbədə nümayəndə heyətini Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyəti Marneuli rayonunda yerləşən dörd sənaye müəssisəsinə baş çəkəcəklər.
Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili azərbaycanlı iş adamlarını regionda həyata keçirilən iqtisadi layihələrdə iştiraka dəvət edib. Onun sözlərinə görə, Gürcüstanda əlverişli biznes mühit və dövlətin dəstəklədiyi bir sıra proqramlar barədə danışıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da çıxış edərək bu gün Azərbaycanda Dövlət Müstəqilliyi Gününün qeyd olunduğunu bildirərək iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. O, bu əlaqələrin daha da inkişaf etdirilməsinə Azərbaycan və Gürcüstan hökumətlərinin göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri, “Caspian European Club”un direktoru Telman Əliyev və digəşr əxslər də iştirak ediblər.


Xəbərin orijinal ünvanı: https://report.az/region/azerbaycanli-is-adamlari-marneulinin-investisiya-imkanlarini-arasdiri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR