20 Yanvar faciəsi zamanı verdiyimiz qurbanlar bugünkü istiqlalımızın özülü oldu

20 Yanvar faciəsi zamanı verdiyimiz qurbanlar bugünkü istiqlalımızın özülü oldu
16:08 16 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 16 yanvar, Mustafa Dadaşov, AzərTAc
Düz 25 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası qoşunları tərəfindən Bakıda törədilən Qanlı Yanvar faciəsi xalqımızın tarixində silinməz iz buraxıb. Əvvəllər biz bu tarixi hadisəni hüzn günü kimi qeyd etsək də, aradan keçən tarixi proses bu günü xalqımızın qəhrəmanlıq səhifəsi kimi anmağımızın önəmini qarşıya rıçıxab.
Bu fikirləri Qax şəhərindəki 2 nömrəli məktəb liseyin tarix müəllimi Vidadi Şixəmirov AzərTAc-a müsahibəsində söyləyib.
Tarix müəllimi bildirib ki, müəllimlər şagirdlərə vətənpərvərlik hisslərini, ruhunu aşılayan zaman 20 Yanvar şəhidlərini daim nümunə gətirirlər. Şagirdlərə 20 Yanvarın xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu aşılayırlar. Bildirirlər ki, 1990-cı il yanvarın 20-də ayağa qalxan və düşmən qarşısında öz sinələrini sipər edən həmvətənlərimiz Azərbaycana azadlıq toxumu səpiblər. Məhz onların səpdikləri bu azadlıq toxumu 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinə gətirib çıxarıb.
Azad, müstəqil Azərbaycanın qurulmasında 20 Yanvar şəhidlərinin misilsiz xidmətləri olduğunu vurğulayan Vidadi Şixəmirov deyib: “Azadlıq qurbansız olmaz” deyiblər. 20 Yanvarda verdiyimiz həmin qurbanlar bugünkü azadlığımızın, tərəqqimizin, bugünkü istiqlalımızın rəhni, özülü oldu. Buna görə də xalqımız 20 Yanvar şəhidlərinin ruhları qarşısında daim baş əyir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR